USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev bu qanunda dəyişikliyi imzaladı

28.03.2024 İnşaat və Əmlak
0 0
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Kommersant.az xəbər verir ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür.

Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən 129 kilometr uzunluqda olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə ödənişli yol kimi müəyyən edilib və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib.