USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan vətəndaşları Türkiyədə 300-dən çox əmlak alıb

18.07.2024 İnşaat və Əmlak
0 0
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 339 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56 obyekt azdır.

Kommersant.az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Bildirilib ki, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 51 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 8 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyədə 79 min 313 mənzil satın alınıb ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 5,2 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar - iyun aylarında Türkiyədə 545 min 74 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.

2024-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 1 440 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 45,1 faiz azdır.

Bu ilin yanvar - iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 10 min 461 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azdır.

  • Əvvəlki

    İlham Əliyev Oksfordda Lüksemburqun Baş naziri ilə görüşüb

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0