USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sənədsiz evlərə çıxarış verilməsi ilə bağlı - YENİLİK

31.07.2024 İnşaat və Əmlak
0 0
Ötən günlərdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova bildirib ki, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış evi var.

"Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq. Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub", - deyə o əlavə edib.

Bəs sənədsiz evlərlə bağlı normativ hüquqi aktın qəbul edilməsi sözügedən evlərə çıxarış verilməsi problemini həll edəcək?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, 400 min qeyri-rəsmi statistikadır.

"Ölkə boyu bu rəqəmin 20-30 faiz çox olduğunu deyərdim. Ona görə ki, rəqəm həddən artıq çoxdur və sayılması mümkün deyil. Qanunsuz tikililərə bağlı hüquqi normativ sənədlər yoxdur və buna görə heç bir əsas yoxdur ki, onların qeydiyyata alınması ilə bağlı proses olsun. Onların çıxarış alması yalnız məhkəmə və digər yollarla mümkündür. Amma kütləvi şəkildə bunların amnistiyasının, qeydiyyata alınmasının heç bir hüquqi əsası yoxdur.

Xüsusi mühafizə zolağında inşa edilən evlərə isə, ümumiyyətlə, çıxarış verilməsi mümkün deyil və olmayacaq", - deyə o əlavə edib.

  • Əvvəlki

    "Bank Melli Iran"ın ölkəmizdəki fəaliyyətindən danışılıb - AMB-nin baş direktoru

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0