USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzil elan saytları vətəndaşları necə aldadır?

10.09.2024 İnşaat və Əmlak
0 0
Mənzil elan saytlarında yerləşdirilən elanlarda spekulativ addımlar çox müşahidə olunur.

Bunu Trend-ə əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, saytlarla bağlı çox nikbin danışmağa gərək yoxdur.

“Misal üçün, 2 otaqlı “Leninqrad” layihəli mənzil sahəsi 48 kvadratdır. Amma saytda yerləşdirəndə 60 kvadrat metr yazırlar. Eyni qayda yeni tikililərə də aiddir. Təklif edilən evlərin bir çoxu 2 otaqdan, hətta 1 otaqdan 3 otağa düzəldilmiş və funksionallığını itirmiş evlərdir.

Tutaq ki, “Leninqrad”, “Kiyev” layihəli 3 otaqlı evlərin sahəsi təqribən 62-65 kvadrat metrdir. Bunu düşünərək insanlar fikirlərşir ki, əgər yeni tikilidə 65 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili varsa onu 3 otağa çevirmək olar. Bu halda isə həmin evdə funksionallıq itir. Ona görə ki, tikinti prosesi zamanı layihələndirilərkən o evə otaq sayı kimi bir və ya 2 otaq nəzərdə tutulub, pəncərə sayı məhduddur və 3 otağa çevirən zaman bir otağa pəncərə qoymaq olmur. Bu cür digər məsələlər ortaya çıxır və mənzil funksionallığını itirir. Bu cür mənzilləri isə 3 otaqlı adı ilə saytlara yerləşdirirlər”, - deyə o əlavə edib.

  • Əvvəlki

    Bakıda 12 məktəbə direktor təyin olundu

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0