Bakıda əmlak alqı-satqısı saytlarından birində 20 milyon manata ərazi satılması ilə bağlı elan yerləşdirilib.
"Kommersant.az" Oxu.az-a istinadən xəbər verir ki, bir hektardan biraz artıq olan torpaq “20 yanvar” dairəsi kimi tanınan ərazidə, Milli Onkologiya Mərkəzinin yaxınlığında yerləşir. Torpaq sahibi yerləşdirdiyi elanda yazır: “Qiyməti 12 milyon dollardır. Real alıcıya cüzi endirim mümkündür”.