USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin təməlini qoyduğu Eyvazxanbəyli kəndi belə olacaq - FOTOLAR

20.09.2024 İnşaat və Əmlak
0 0
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesablarında Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.

Kommersant.az xəbər verir ki, sentyabrın 19-da Prezident İlham Əliyev və oğlu Heydər Əliyev tərəfindən təməli qoyulan kəndin Baş Plan layihəsi yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Sənədə əsasən, 300 hektara yaxın sahədə salınacaq Eyvazxanbəyli ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Kənddə 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, birinci mərhələdə tikiləcək evlər üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə salınacaq yaşayış məhəllələrinə 1563 nəfərin köçürülməsi məqsədilə iki, üç, dörd və beşotaqlı 427 fərdi evin inşası planlaşdırılır.

Kənddə həmçinin məktəb binası, uşaq bağçası, inzibati bina, Bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə digər zəruri tədbirlər də görüləcək.