USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik bu iş adamından 20 ədəd ev alır

28.11.2024 İnşaat və Əmlak
0 0
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Tender Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması ilə bağlıdır. Tenderin qalibi fərdi sahibkar Məmmədov Mehman Rza oğlu olub.

Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 204 min 640 manatdır. (Valyuta.az)