USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rasim Məmmədov əmlaklarını geri istəyir

24.12.2024 İnşaat və Əmlak
0 0
“Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

O, müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyir.

Qeyd: Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmədə də şikayətini təmin etməyib.

Xatırlatma: Daha əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib. (Pravda.az)

  • Əvvəlki

    Azərbaycanda avtomobil benzini istehsalı azalıb

Digər xəbərlər

26.12.2024 İnşaat və Əmlak
Xocalıda teleqüllə inşa ediləcək
0 0
13.12.2024 İnşaat və Əmlak
İKZF investisiya şirkəti seçir
0 0
03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0