Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 76,50 dollara satılır.
Ötən gün 77,02 dollara qədər bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 76,72 dollarla bağladı. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:30-a olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,3 faiz azalaraq 76,50 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 72,78 dollara alınıb.
ABŞ-ın xam neft ehtiyatlarının gözləniləndən daha çox artdığını göstərən məlumatlar neft qiymətlərindəki enişdə təsirli olsa da, emal marjalarının güclənməsi bu enişi məhdudlaşdırdı.
Amerika Neft İnstitutu, ABŞ-ın kommersiya xam neft ehtiyatlarının keçən həftə əvvəlki həftəyə nisbətən 9 milyon barel artdığını təxmin etdi. Bazar gözləntiləri ehtiyatların 2,8 milyon barel artacağı idi. Ehtiyatlarda gözləniləndən daha böyük artım neft qiymətlərini aşağı saldı və bu, dünyanın ən böyük neft istehlakçı ölkəsində tələbin zəiflədiyini göstərir.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) günün sonunda rəsmi ehtiyat məlumatlarını açıqlayacaq.
Mütəxəssislər neft emalı zavodlarının marjalarının sağlam səviyyəyə çatdığını və əvvəlki ayın mənfi tendensiyalarını tərsinə çevirdiyini qiymətləndirirlər. Bu inkişaf neftin qiymətinin enməsini məhdudlaşdırır.