USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Saray körpüsü açıldı - FOTOLAR

18.03.2025 İnşaat və Əmlak
0 0
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib.

Kommersant.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sosial şəbəkə hesabında paylaşım edib.

Yenidənqurmadan sonra körpüdə avtomobillər üçün 4 hərəkət zolağı ilə yanaşı, piyadaların da hərəkəti üçün şərait yaradılıb.

Qeyd edək ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla, 4 hərəkət zolağı var.