Azərbaycanda 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım olub.
Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd edilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib.
"2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələyib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9.9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5.9% təşkil edib.
Ümumilikdə isə, 2020-ci ildən etibarən mənzil qiymətləri 32%, sərəncamda qalan gəlirlər isə 39% artıb", - deyə məlumatda qeyd edilib.