USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının daşınmaz əmlak bazarında aktivlik artıb - EKSPERT

22.08.2018 İnşaat və Əmlak
0 0
"Azərbaycanda manatın məzənnəsinin sabitləşməsi, insanların yığdıqları pulları yenidən daşınmaz əmlak bazarına qoyması bu bazarda aktivliyi artırıb".

"Kommersant.az" xəbər verir ki, bunu Reporta açıqlamasında MBA konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında Bakının müxtəlif rayonlarında satılmış əmlakların sayı iyul ayı ilə müqayisədə 3-8% çox olub. Qiymətlərdə isə aylıq müqayisədə 2-3% artım var.