USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur

03.09.2018 İnşaat və Əmlak
0 0
Uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant.az"a bildirilib ki, hər bir hərəkət zolağının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa, yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.
Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Bundan başqa, yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiyası da nəzərdə tutulub. İnşaat işləri mövcud tikinti norma və qaydalarına uyğun şəkildə aparılır.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Lənkəran-Lerik avtomobil yolu rayonlar arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

  • Əvvəlki

    Qida Təhlükəsizliyi Agentliyi zərərli kartofun ölkəyə gətirilməsinin qarşısını alıb

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0