USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan kimlər ev alır?

20.09.2018 İnşaat və Əmlak
0 0
2018-ci ilin yanvar-avqust aylarında azərbaycanlılar Türkiyədə 583 mənzil alıblar.

"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 mənzil çoxdur.

Azərbaycanlıların Türkiyədə ev alması məsələsini şərh edən iqtisadçı ekspert Cəfər İbrahimli redaksiyamıza açıqlamasında bildirib ki, Türkiyədə 2011-ci ildə xaricilərə ev alması ilə bağlı verilən icazə ora axını daha da artırıb:

"Həmin icazədən sonra Türkiyədə kifayət qədər rus, ərəb və azərbaycanlı ev alıb. Türkiyə azərbaycanlıların ticarət və istirahət məqsədi ilə üstünlük verdiyi ölkədir. Orada, xüsusilə də İstanbulda kirayə haqları yüksəkdir. Evlərin qiymətində də mütəmadi olaraq yüksəlmə müşahidə olunur. Son 2 ildə lirənin ciddi şəkildə dəyər itirməsi əmlak alışını müəyyən dövr üçün stimullaşdıra bilər. Son 3 ayla indiki kurs arasında fərq daha cəlbedici olub. Məsələn, 3 ay əvvəl İstanbulda 150 min dollara alacağınız evi, hazırda 100 min dollara əldə edə bilərsiniz".

İqtisadçı qeyd edib ki, Rusiyada isə evləri Azərbaycanda deyil, əsasən orada yaşayan azərbaycanlılar alır:

"2008-ci ildə başlamış qlobal maliyyə böhranı və 2014-15-ci illərdə Rusiyada neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranan iqtisadi krizis vəziyyətində bəzi Azərbaycan vətəndaşları Rusiyadan ev aldılar. Müvəqqəti qeydiyyatda olan şəxslər arasında da kifayət qədər ev alan var. Onların rəsmi statistikası aparılmadığından, dəqiq rəqəmləri əldə etmək mümkün olmur. Son 2 ildir ki, Rusiyada mənzil bazarında qiymətlər aşağı səviyyədədir. Əhalinin gəlirləri xammal satışından asılıdır. Sanksiyalar fonunda əhalinin əmlaka olan tələbi azalıb".

Ekspert eyni zamanda vurğulayıb ki, qonşu ölkələrdən olan Gürcüstanın əmlak bazarındakı sürətli qiymət artımı, siyasi məsələlər orada mənzil alışını o qədər də cəlbedici etmir.