USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik təmir işlərilə bağlı - TENDER ELAN EDİR

01.10.2018 İnşaat və Əmlak
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsaslı təmir işlərilə bağlı tender elan edib.

"Kommersant.az" tender şərtlərini təqdim edir:

lot 1 - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının III mərtəbəsinin cari təmiri işləri
lot 2 - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının dam örtüyünün cari təmiri işləri
lot 3 - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının sanitar qovşaqlarının əsaslı təmiri işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bəhram Ağayev 100A (Əlaqələndirici şəxs :Gülüşov Tural Nuru oğlu, telefon :(012) 538-12-94) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 110 manat
lot 2 - 65 manat
lot 3 - 185 manat

Hesab: AZ41CTRE00000000000002198470
VÖEN 1300032591
Bank: Dövlət Xəzinədarlığı AgentliyiÂ
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər: -Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat; -tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən lisenziya.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-23 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-10-30 17:00qədər Bakı, Bəhram Ağayev 100A ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-10-31 Lot.1-12:00; Lot.2-15:00; Lot.3-16:00; tarixində Bakı şəhəri, B.Ağayev 100A ünvanında yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında: Lot-1 üzrə saat 12:00-da, lot-2 üzrə saat 15:00-da, lot-3 üzrə saat 16:00-da ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI