USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə evlər ucuzlaşacaq - TARİX AÇIQLANDI

19.10.2018 İnşaat və Əmlak
0 0
"Kirayə mənzil bazarında hazırda bahalaşma müşahidə olunur".

Bunu "Kommersant.az"a açıqlamasında daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, paytaxtda evlərin bir kvadrat metri 861 manatdan 898 manata qədər artıb:

"Mövsümi aylarda - avqustun sonu, sentyabrın əvvəllərində və oktyabrın birinci yarısında tələbat artdığından, kirayə mənzil bazarında bahalaşma hökm sürür. Sentyabrın 1-dən oktyabrın 1-dək kirayə mənzil bazarında 4,3% artım qeydə alınıb. İlin əvvəli ilə müqayisədə isə 10,28% bahalaşma müşahidə edilir."

Ekspert qeyd edib ki, Bakı şəhərində daşınmaz əmlak bazarında qiymətlər xaotik şəkildə dəyişir:

"Yeni tikililərdə 1 otaqlı mənzillər 330 manata, 2 otaqlı mənzillər 668 manata, 3 otaqlı evlər 1020 manata, 4 otaqlı mənzillər isə 1300 manata kirayə edilir. Köhnə tikililərdə isə 1 otaqlı mənzillər 220 manata, 2 otaqlı mənzillər 350 manata, 3 otaqlı evlər 440 manata, 4 otaqlılar isə təqribən 750 manata kirayə verilir".

N.İbrahimov vurğulayıb ki, kirayə mənzil bazarında ucuzlaşma noyabr və dekabrın ilk 10 günündə müşahidə ediləcək:

"Məsələn, ucuzlaşma sayəsində 400 manatlıq mənzil 375-360 manata düşə bilər. 2019-cu ilin ilk ucuzlaşması isə apreldə qeydə alınacaq", - deyə, ekspert qeyd edib.