USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xaricilərə ev satışı artıb - TÜRKİYƏDƏ

20.10.2018 İnşaat və Əmlak
0 0
Xarici vətəndaşlara ev satışı sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 151,1% artaraq 5615-ə yüksəlib.

"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, Türkiyə Statistika Komitəsinin yaydığı məlumata görə, xarici vətəndaşlara ev satışı 5 mini ötüb. Belə ki, bu rəqəm sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 151,1% artaraq 5615-ə yüksəlib. Qeyd edilir ki, 2017-ci ilin sentyabr ayın xaricilərə 2236 ev satılmışdı.

Bu ilin 9 ayında xaricilərə əmlak satışı, keçən ilin eyni dönəmi ilə müqayisə edildikdə isə 58,5% artımla 24 min 155-ə yüksəlib. Ötən ilin 12 ayında satılan əmlak sayının 22 min 234 olduğu nəzərə alınaraq, 2018-ci ilin 12 ayında bu rəqəmin 30 mini ötəcəyi proqnozlaşdırılır.

Satılan hər 10 evdən 5-i İstanbul və Antalya şəhərlərindədir

Xaricilərin əmlak alışında ən çox üstünlük verdikləri şəhərlər İstanbul və Antalyadır. Belə ki, bu ilin 9 ayında xaricilərə İstanbulda 7895 ev satılıb. Arıdıcıl olaraq 5237 ev Antalyada, 1719 ev Bursada, 1321 ev Yalovada, 1212 ev Ankarada, 1034 ev isə Trabzonda satılıb.

Türkiyədə ən çox ev alan iraklılardır

Xaricilərə satılan evlərin statistikasına görə, ən çox alıcı iraklılardır. Bu dönəmdə iraklılara 1351 ev satılıb ki, bu da xaricilərə ev satışının 20%-ni təşkil edir.

Sadəcə sentyabr ayında 538 ev iranlılara, 360 ev ruslara, 312 ev ərəblərə, 299 ev isə almanlara satılıb.