USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daşınmaz əmlakın yeni qeydiyyat ofisi açıldı

22.10.2018 İnşaat və Əmlak
0 0
Hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər. Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsi vətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isə eyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir.