USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmlak qeydiyyatında yeni layihə - İKİ QURUM RAZILAŞDI

31.10.2018 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir.

Komitədən "Kommersant.az"a daxil olan məlumata görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı həmin an onlayn müəyyənləşəcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq.

Tədbir noyabrın 1-i saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq.