USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tikintiyə peykdən nəzarət ediləcək - HƏR 5 GÜNDƏN BİR ÇƏKİLİŞ

11.05.2018 İnşaat və Əmlak
0 0
Ölkədə ilk dəfə olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur.

Artıq bununla bağlı işlərə başlanılıb. Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib.

Məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir.

"Kommersant.Az" xəbər verir ki, sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq.

"Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcəkdir. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub olmadığını müəyyənləşdirəcək".

Bakıda bu evlərin kirayəsi 2 dəfə bahalaşacaq

Eyni zamanda vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcəkdir.

Artıq Peyk Nəzarət Sisteminin yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində operator qrupu formalaşdırılır. Çəkiliş nəticəsində əldə olunan məlumatlar avtomatik olaraq bu qrupa daxil olacaqdır. Operator qrupu məlumatlarda olan dəyişiklikləri manual olaraq yoxladıqdan sonra komitənin yanında fəaliyyət göstərən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, ərazi idarələrinə göndərəcəkdir.

Gələcəkdə sistemə yeni modulların əlavə edilərək genişləndiriləcək. Bununla da hüquqi və fiziki şəxslər, həmçinin digər dövlət qurumları sistemin məhsullarından istifadə edəcək.