USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda "tol"un vurulma və satılma qiymətləri - ƏN UCUZ SİYAHI

13.11.2018 İnşaat və Əmlak
0 0
Bakıda güclü yağışların yağması binaların "tol" örtüyünə ciddi ziyan vurub. Hazırda isə bazardan aldığımız məlumatda "tollara" olan tələbatın artdığını bildiriblər. Belə ki, əvvəlki aylarda gün ərzinə 20 "tol" satılırdısa indi bu rəqəm 100-ə yaxınlaşır.

"Kommersant.az" xəbər verir ki, hazırda bazarlarda "tol"lar müxtəlif ölkələrdən gətirilir və fərqli qiymətlərə satılır. Belə ki, hazırda bazarda Rusiya, Türkiyə və Azərbaycan məhsulları satılır. Satılan hər bir məhsulun da özünə xas özəlliyi var.

Rusiyanın keyfiyyetsiz və keyfiyyətli məhsulu

Rusiya istehsalı olan "tollar"ın 2 növü Azərbaycan bazarına girir. Tərkibi, ipli və parçalı olaraq ikiyə ayrılan məhsulların hər ikisi də 9 kv.m. və 2,5mm. qalınlığa sahibdir. Amma ipli adlandırılan məhsul digərindən daha keyfiyyətsizdir. Belə ki, ipli adlandırılan "tol" 14 manata, parçalı "tol" isə 17 manata topdan qiymətinə satılır.

Türkiyənin Azərbaycanda istehsal etdiyi məhsul

Resepti və xam maddəsi Türkiyəyə istehsalı Azərbaycana aid olan "tol" 9kv.m.-ə və 2,4 mm. qalınlığa sahibdir. Tərkibi parçalı olan bu məhsul bazarda öz yerini alıb və topdan satış qiyməti 25 manatdır. Rusiyanın ipli məhsuluna görə keyfiyyətli hesab olunsa da parçalı məhsulundan keyfiyyətsiz olaraq qiymətləndirilir. Bazar satıcılarının sözlərinə görə, sözügedən Türkiyə məhsulu digərlərindən daha baha olduğuna görə onlara tələbat azdır. Amma yerli məhsula görə daha çox satılır.

İdxaldan baha başa gələn yerli məhsul

Azərbaycanımızın paytaxtı Bakıda istehsal olunan yerli məhsulun bazarda topdan satış qiyməti 18 manat təşkil edir. 10 kv.m. -ə və qalınlığı 3 mm.-ə bərabər olan yerli məhsulun tərkib hissəsi rezindən ibarətdir. Xammadəsi xaricdən alınan yerli məhsul "tolu" bazarda öz yerini tutub.

Usta haqqı kv.m. -ə görə dəyişir

Tolu aldıqdan sonra usta ehtiyyac duyulur. Mağazaların təklif etdiyi ustalar alının "tol"dan aslı olmayaraq hər "tol"u 10 manata vurur. Qiymət bazarlığında isə ən aşağı qiymət 8 manata qədər düşür. Dərnəgül körpüsü adlandırılan yerdə fəhlələr isə 10 ədəd "tol"un vurulması üçün 50-60 manat pul alırlar. Yəni, hər "tol" üçün 5-6 manat.

Rusiyanın parçalı "tol"u - KEYFİYYƏTLİ

Rusiyanın ipli "tol"u - KEYFİYYƏTSİZ

Rezin tərkibli yerli məhsul

Qeyd edək ki, satıcıların sözlərinə görə, sadalanan məhsullar arasında ən sərfəli və keyfiyyətli məhsul Rusiyanın parçalı "tolu"dur.