USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kupça”sı olmayan evlərə görə əmlak vergisi ödənilirmi?

18.11.2018 İnşaat və Əmlak
0 0
Çıxarışsız mənzilləri satan zaman vergiyə cəlb etmək mümkün olmur. Bu isə ilin təkcə ötən 9 ayı ərzində dövlət büdcəsinə 52 milyon manat vəsaitin vergi kimi daxil olmasına maneçilik yaradıb. Ekspertlər məsələnin qısa zamanda həll edilməsinin büdcəyə də müsbət təsir edəcəyini düşünürlər.

Çıxarışı olmayan mənzillərin sayının artması artıq Vergilər Nazirliyini də ciddi şəkildə narahat etməyə başlayıb. Buna səbəb çıxarışı olmayan mənzillərin alqı-satqı zamanı vergidən kənarda qalmasıdır. Vergiyə cəlb olunmayan bu vəsait isə on milyonlarla manatla ölçülür.

Vergilər Nazirliyinin rəsmi orqanında dərc edilmiş bir məqalədə qeyd olunur ki, Bakıda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri yoxdur. Çıxarış sənədi olmayan mənzillər isə həm vətəndaşlar üçün problem yaradır, həm dəmənzil satışının vergidən kənarda qalmasına gətirib çıxarır. Vergidən kənarda qalan vəsait isə 9 ay ərzində 52 milyon manatdır. Əmlak eksperti Ramil Osmanlı deyir ki, Bakıda çıxarışı olmayan xeyli sayda bina var.

Ramil Osmanlının sözlərinə görə, çıxarışsız mənzillərin alqı-satqısı prosesində notariuslar iştirak etmədiyindən qeydiyyat rəsmiləşdirilmir və nəticədə satışa görə vergi tutmaq mümkün olmur...

Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib. Əslində isə həmin dövr ərzində mənzillərin sahəsinə görə ödənilən vergi 70 milyon manat olmalı idi. Bu isə o deməkdir ki, alqı-satqı olunan mənzillərin 60 faizini vergiyə cəlb etmək mümkün olmayıb.