USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hökümət daxili çəkişmədən "xərChange tutulan" - BANKLARIMIZ

14.03.2023 Köşə
14 0
Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı. Elə bil Bakı-Quba-Bakı yolundan danışırıq. O köhnə, sökülmüş, dağılmış və yiyəsiz qalmış yoldan. Əslində banklarımız da o yoldan istifadə edir, amma onların işi biraz daha qəlizdir. Çünki bu iki qurum elə o vaxtı bir-birini qırdı, dağıtdı, yıxdı, sürüdü axırda da AMB qalib gəldi. MBNP ləğv olundu. Amma o vaxtı MBNP daha sərt və daha qərarlı şəkildə əlinə balta alıb bankların canına düşmüşdü. Özü də mətbuatı da yaxşıca izləyirdilər ki, "birdən kimsə nəsə yazar tez xəbərimiz olsun və bizim istəmədiyimiz heç bir yazı da mətbuatda getməsin amandır". Yaxşı, adama sual verərlər ki, etdiyin əməldən, tutduğun işdən qorxursansa, onda nə düşmüsən bankların canına?! O vaxtı MBNP haqqında mənfi bir yazı olan kimi telefonlar susmurdu. Hətta adama hədə-qorxu da gəlirdilər ki, "Elə şeylər yazma. Sabah, biri gün hansısa banka işin düşəcək onda da biz səni yad edərik". Məsələni ətraflı da danışandan sonra deyirdilər ki, "Yaxşı, bizə de görək AMB-dən kim “xahiş” edib ki, bu mövzuya toxunmusan?". Hə, indi otur bunları başa sal ki, qardaş “xahişin” nə olduğunu sən bilirsən, mən yox. Nə isə uzun sözün qısası qırğın üstünə qırğın gedirdi. MBNP da bankların üstünə elə eyni qazla gedirdi. Özü də necə qazlı gedirdisə, elə o qazla da aramızdan ayrıldı. Amma nə oldu? - Heçnə. AMB əvvəlki statusuna geri qayıtdı. Özü də nə qayıdış... Dərhal 4 bankın lisenziyası əlindən alındı. Bəs kimlərin? Bir vaxtlar lisenziyası ləğv olunmasın deyə MBNP tərəfindən kredit verilərək ayaqda saxlamağa çalışdıqları “AgBank”; bir vaxtlar lisenziyası AMB tərəfindən ləğv edilən sonradan MBNP tərəfindən yenidən lisenziya verilərək fəaliyyətini bərpa edən “NBC Bank”. Siyasi məsələlərə görə də “Amrah Bank” və “Ata Bank” bu siyahıya əlavə olundu.

Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı banklarımız üçün “məhəbbət üçbucağı” idi. Yazıq banklar bir gün AMB-yə, səhəri gün MBNP daha sonra yenidən AMB-yə tabe oldular. Biri qışqırdı, biri sığal çəkdi. Biri qucaqladı, o biri yerə yıxıb üstündən keçdi. Birinin lisenziyasını əlindən aldılar, birinə möhlət tanıdılar, birini də müflisləşdirdilər. Axı ölkəmizdə nə az, nə çox 25 bank qalıb. İndi də onların üstünə düşmüşük. Yanvar ayında məcburi ehtiyyat normasını 1 faiz qaldırırıq, gələn ay da əmanətlərə vergi tətbiq edirik. Ürəyi soyumayan AMB bir dənə də uçot dərəcəsini qaldırdı ki, ürəyində heç nə qalmasın. Bununla da Banklar Assosasiyası 10-15 ədəd kəfən almağa getdi. İndi kimə qismət oldu, oldu. Əslində kimə qismət olacağı da sirr deyil. Maliyyə sektorundan artıq hər kəs bilir ki, ən azı o 5 kəfən kimə qismət olacaq. Bunlardan bəziləri zəifləyib sıradan çıxacaq, bəziləri də siyasi məsələlərə görə lisenziyasını itirəcək. Bu bizim AMB-nin banklarımıza qarşı siyasətidir.

Sözüm ona, əvvəllər banklarımıza AMB ağalıq edirdi. Sonra da dedilər ki, yox, biz MBPN yaratdıq siz ona tabe olun. Sonra da dedilər ki, yox biz MBNP-ı ləğv elədik siz AMB-yə tabe olun. Ay qardaş, yaxşı da, biri sağdan vururdu, o biri də gəldi soldan vurdu. Sonra yenidən birincinin əlinə verirsiz o da "nockout" edir. Əslində maliyyə sistemimiz o qədər qəliz və pis günə qalıb ki, heç özümüzdə bilmirik nə istiyirik. Nə hökümət bilir, nə də millət. Millətə qalsa, bankları bir qaşıq suda boğar. Səbəbi də guya borca görə bunu sıxırlar. Ay qardaş, adama deyərlər ki, "borc vermişəm gətir qayatar da..."

Hökümət olaraq da deyirik ki, bazarda 10-15 bank olsun sağlam olsun. Nə başımız ağrısın, nə də dişimiz.

Uzun sözün qısası, ay millət, banklara sahib çıxmaq, dəstək göstərmək lazımdır. Bankların kartlarından istifadə etmək, reklamlarını izləyib bizə təklif etdikləri kampaniyalarla tanış olmaq lazımdır. Banklardan qorxmayın. Çünki, Azərbaycanda fəaliyyət göstərən bankların heç birinin adının önündə AMB və ya MBNP yazılmayıb. Ancaq onlar bankları vasitəçi edib millətə dolayı yolla təzyiq edə bilirlər.

  • Əvvəlki

    Dünya üzrə pensiya fondları milyonlarla pul itirdi

Digər xəbərlər