USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfər Mehdiyev ittihamlara cavab verdi

24.05.2019 İqtisadiyyat
0 0
“Karqo terminallarında gömrük yoxlamaları ilə bağlı hər hansı sıxlıq müşahidə olunmur. Gömrük normal iş üslubunda çalışır”.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan karqo şirkətlərinin karqo terminallarında gömrük yoxlamaları səbəbindən yüklərin gecikməsi ilə bağlı iddialarına aydınlıq gətirən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ildən gömrük orqanları ilə vergi orqanları bir yerdə uçotun qurulması ilə bağlı yeni qaydalar qüvvəyə minib:

“Hər bir sahibkarın malları öz adına bəyan etməsi prosesi başlayıb. Bu proses 1 ay öncədən start götürüb. Həmin proses bir az sıxlıq yarada bilər, səbəbi isə ondan ibarətdir ki, ola bilsin sahibkarlar ona hələ tam hazır deyil. Onlar onu qeyd edə bilərlər. Ümumilikdə hər hansı rüsum yaxud vergidə, həmçinin gömrük nəzarətində dəyişiklik baş verməyib”.

Xatırladaq ki, son günlər Azərbaycana başqa ölkələrdən gələn yüklərin çatdırılmasında yubanmalar qeydə alınıb. Müştərilərə müraciət edən bəzi karqo şirkətləri bunun karqo terminallarındakı gömrük yoxlamaları ilə bağlı olduğunu qeyd ediblər.

Report