USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Deutsche Bank" bu ölkənin 20 ton qızılını müsadirə edib

05.06.2019 İqtisadiyyat
0 0
"Deutsche Bank" Venesuelaya məxsus 20 ton qızılı müsadirə edib.
"Kommersant.az" xəbər verir ki, buna Karakasın 2016-cı ildə aldığı kreditin ödənişi üzrə maliyyə sazişinin şərtlərini yerinə yetirməməsi səbəb olub. Bildirilir ki, Venesuela 2016-cı ildə "Deutsche Bank"dan 750 mln. dollar məbləğində kredit alıb. Karakas girov qismində 20 ton qızıl qoyub. Saziş müddəti 2021-ci ildə başa çatmalı olsa da, Venesuelanın sazişin şərtlərinə əməl etməməsi, bankı müqaviləyə vaxtından əvvəl xitam verməyə məcbur edib və qızıl müsadirə olunub. Marja.az