USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son 5 ayda Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyulub?

14.06.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 38,7 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.
"Kommersant.az" xəbər verir ki, ümumi sərmayənin 64,4 faizi məhsul istehsalı obyektlərinin, 26,9 faizi xidmət sahələri üzrə obyektlərin, 8,7 faizi isə ümumi sahəsi 771,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 72,8 faizini təşkil etmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1 faiz, büdcə vəsaitləri 27,3 faiz, bank kreditləri 6,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir. Marja.az