USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevdən 7,6 milyon manat dəyərində - SƏRƏNCAM

25.07.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev iyulun 25-də “Ağcabədi rayonunun Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.