USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmov: “Ölkədə faktiki inflyasiya hədəfimizdən aşağıdır”

26.07.2019 İqtisadiyyat
0 0
"Bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır”.

"Kommersant.az" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə hazırda ölkədə faktiki inflyasiya rəhbərlik etdiyi qurumun hədəfindən aşağıdır.

"İyun ayında aparılmış sorğu nəticədinə məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”, deyə baş bankir əlavə edib. (Report.az)