USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir

26.07.2019 İqtisadiyyat
0 1
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir.

"Kommersant.az" xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% çərçivəsində olacağı proqnozlaşdırılır.

"Ümid edirik, biz inflyasiya göstəricisini lövbərləşdirə biləcəyik", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin bildirib ki, göstərici artarsa, müvafiq tədbirlər həyata keçiriləcək. (Apa)