USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlik aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir

06.08.2019 İqtisadiyyat
0 0
Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsi, audit hesabatlarının hazırlanması, daxili nəzarət tədbirləri üzrə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Daxili audit şöbəsinə aparıcı auditor vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.

"Kommersant.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, namizədlərin hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsilə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-40 arası yaş həddinə malik olması tələb edilir.

Sənəd qəbulu 15 avqust 2019-cu il tarixinədək davam edəcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Vakant vəzifə ilə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin “Elan” bölməsinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.