USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SOCAR Ukraine" MMC Ukrayna Enerji Birjası ilə razılığa gəlmək niyyətindədir

15.08.2019 İqtisadiyyat
0 0
“SOCAR Ukraine Ticarət Evi” MMC-nin Ukrayna Enerji Birjasının (UEB) daimi üzvü kimi mütəmadi olaraq elektron hərraclarda iştirak etməkdə məqsədi kommersiya ehtiyaclarını ödəmək üçün hər hansı ehtiyatı satın almaqdır.

“Kommersant.az” xəbər verir ki, avqustun 13-də UEB-da keçirilən elektron təbii qaz hərracında ilk dəfə iştirak ediblər. Hərracda 50 min kubmetrlik lotlar satışa çıxarılıb.

“Təsərrüfat fəaliyyəti dövründə “SOCAR Ukraine Ticarət Evi”nin Ukrayna qanunlarını heç vaxt pozmadığını, sözügedən hərrac zamanı da UEB qaydalarına ciddi əməl etdiyini vurğulamaq istəyirik. Qaydalara görə, hərracı qazanmaq üçün satınalma qiymətini minimum dərəcədə qaldırmaq olar. İlkin olaraq saat 16:00-da başa çatdırılacaq hərrac müəmmalı səbəblər üzündən iki dəfə yarımsaatlıq uzadılıb",- şirkətdən bildiriblər.

Həmçinin elektron hərraclardan müvəqqəti uzaqlaşdırıldıqlarını və cərimə tətbiqinin əsassız olduğunu qeyd ediblər: “Biz “Mərkəzi qaz təchizatı şirkəti” MMC ilə hər hansı kommersiya və ya işgüzar əlaqədə olmadığımızı tam məsuliyyətlə bildiririk”.

“SOCAR Ukraine Ticarət Evi” MMC UEB ilə aralarındakı bu mübahisəli məsələni müvafiq şəkildə müsbət həllinə nail olmaq niyyətindədir. (Report.Az)