USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanda aşağı faizlə kredit söhbəti yoxdur” - Millət vəkili

20.08.2019 İqtisadiyyat
0 0
"Bura Azərbaycandır. Hamı bu həqiqəti bilir ki, Azərbaycanda aşağı faizlə kredit verilmir.Necə olur ki, bank əmanəti 12%-lə alır, həmin pulu 25%-lə kredit verir?”

Bu fikirləri İctimai TV-nin efirindəki teledebatda deputat Vahid Əhmədov səsləndirib. Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov deputata cavab olaraq bildirib: "Yəqin ki, tələbat olmasa, banklar da bu qədər yüksək təklif irəli sürməzlər. Amma hər yerdə faiz dərəcələri eyni deyil. Hər bankın özünün yürütdüyü faiz siyasəti var. Sahibkarlığa yardım fondu 6 %, İpoteka Fondu 8%-lə kredit verir. Bizdə indi banklarda boş vəsait formalaşır. Bu boş vəsait orta və kiçik sahibkarlığın inkişaf etirilməsi üçün istifadə olunacaq. Lakin faiz siyasətimiz bazara uyğun tənzimlənir. Yaxın günlərdə bununla bağlı açıqlama veriləcək”.

Vahid Əhmədov bu fikirlə razılşamayıb və etirazını bildirib.

"Gəlin dərinə getməyək. Dərinə getsək, çox məsələlər çıxacaq. Bəyəm siz Azərbaycanda yaşamırsınız? Bilmirsiniz ki, bizdə o dediyiniz faizlə kredit yoxdur? Banklar vəsaiti hardan alırlar? Birincisi bunun 80-85 faizi insanların əmanətləridir. İkincisi xaricdəki maliyyə qurumlarından dəstək alırlar, üçüncüsü də Mərkəzi Bankın mərkəzləşdirilmiş krediti var, uçot dərəcəsini aşağı salmaqla və s. digər banklara vəsait verir. Mən sual verirəm, sən necə olur ki məndən 12 faizlə əmanət götürürsən, amma 25 faizlə mənə kredit verirsən? Qoy bankın xərcləri 3-4 faiz təşkil etsin də. 15 faiz necə olur axı? Bank sistemindəki bu suallar öz həllini mütləq tapmalıdır”,- deyə millət vəkili bildirib. /Bizimyol.info