USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda problemli kreditlərin həcmi - AÇIQLANDI

20.08.2019 İqtisadiyyat
0 0
2019-cu il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13482,6 milyon manat təşkil edib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi kredit portfelinin 10831,3 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçən kreditlərin məbləği 1486,5 milyon manat olub və ümumi kredit portfelinin 11 faizini təşkil edib.