USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kərpic və sement istehsalı artıb

20.08.2019 İqtisadiyyat
1 0
2019-cu ilin yanvar-iyul ayları ərzində ölkədə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri 7,8% artaraq 460,5 milyon manat olub.

“Kommersant.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə 1 928,0 min ton sement istehsal olunub ki, bu da keçən illə müqayisədə 0,5% artım deməkdir.

Eyni dövrlə müqayisədə hörmə üçün hazır beton qarışığının istehsalı 14,4% artaraq 945,6 min ton, tikinti kərpicinin istehsalı 58,3% artmaqla 246,9 min kub metr olub.

Tikinti əhənginin istehsalı 26,3 min ton (54,7% artım), betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,1 min kub metr (-51,9%), tikinti gipsinin istehsalı 5,8 min ton (-82,2%) təşkil edib.