USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edəcək

23.08.2019 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "Kommersant.az"a verilən məlumata görə, avqustun 26-da keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.