USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın dövlət büdcəsinin kəsiri qalıqla əvəz olunub

16.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 810,3 milyon manat, xərcləri isə 14 712,1 milyon manat təşkil edib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,2% və 9,1% çoxdur.

Son nəticədə büdcədə 98,2 milyon manatlıq qalıq yaranıb. Xatırladaq ki, yanvar-iyul aylarının yekununda büdcəcə 667,2 milyon manatlıq kəsir yaranmışdı.