USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan metanol istehsalını üç dəfə artırıb

16.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda bu ilin yanvar-avqust aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 683,0 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 30,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 24,4% artıb, əczaçılıq məhsullarının istehsalında isə 9,8% azalıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövr ərzində əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 81,9%, propilen istehsalı 62,7%, etilen istehsalı 16,4%, yod istehsalı 5,6%, polietilen istehsalı 3,1% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-avqust aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kub metr

15 218,7

94,6

ondan əmtəəlik

696

44,8

Yod, ton

127,2

105,6

Oksigen, min kub m

2 280,7

67,1

ondan əmtəəlik

2 237,9

68,6

Propilen, min ton

67,7

162,7

ondan əmtəəlik

67,5

192,6

Polietilen, min ton

76,7

103,1

Etilen, min ton

89,2

116,4

Metanol (metil spirti), min ton

277,4

3,2 d.

Lak-boya məmulatları, ton

15 654,9

181,9

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

16 710,8

155,7