USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AÇG-dən 287 milyon ton mənfəət nefti satılıb

18.09.2019 İqtisadiyyat
0 0
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 milyon ton neft hasil edilib.

“Kommersant.az” xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa" zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 287 milyon tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.

X. Yusifzadə bildirib ki, bu ilin yanvar-avqust ayları ərzində AÇG-dən 18 milyon ton neft hasil edilib. Bu neftin 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da bu yataqlar blokundan hasil edilən ümumi neftin 75%-ni təşkil edir. (Report.Az)