USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yük daşımaları artıb

19.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 29,81 milyon ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,903 milyon ton yaxud 15,1% çoxdur.

İxrac məhulları əsasən stasionar nəqletmə vasitələri (27,084 milyon ton və yaxud 90,85%-i), dəmir yolu nəqliyyatı (1,539 milyon ton və yaxud 5,2%-i), avtomobil nəqliyyatı (0,903 milyon ton və yaxud 3%-i) ilə daşınıb.

Hesabat dövründə həmçinin Azərbaycana 6,383 milyon ton yük idxal olunub. Bu, illik müqayisədə 1,355 milyon ton və yaxud 26,95% çoxdur.

İdxal məhsulları əsasən dəmir yolu nəqliyyatı (3,032 milyon ton və yaxud 47,5%-i), avtomobil nəqliyyatı (1,481 milyon ton və yaxud 23,2%-i), stasionar nəqletmə vasitələri (1,02 milyon

ton və yaxud 16%-i) ilə daşınıb.

Ümumi yük daşımalarının 82,4%-i ixracın, 17,6%-i idxalın payına düşüb.