USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bilməliyik ki, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz"

21.09.2019 İqtisadiyyat
0 0
"Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur".

"Kommersant.az" "Marja"-ya istinadən xəbər verir ki, bunu Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilmiş mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib ki, neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir: "Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz".

Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.