USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

24.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85%-ə bərabər olub.

8 ay ərzində Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 739,092 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 655,734 milyon dollar və yaxud 60,5% çoxdur.

Bu müddətdə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 974,996 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,541 milyon dollar və yaxud 2,75% azdır.

Azərbaycanın qardaş ölkəyə ixracı ümumi ixracın 12,9%-nə, idxalı isə ümumi idxalın 10,4%-nə bərabər olub.