USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın böyük sığorta şirkətlərindən birinin rəhbəri dəyişdi

26.09.2019 İqtisadiyyat
0 0
Azsığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

"Kommersant.az" bu barədə "Azsığorta”ya istinadən xəbər verir.

Məlumata görə, onun əvvəlki vəzifəsinin icrası isə müavini Yusif Soltanova həvalə olunub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.