USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Honda"nın Azərbaycan nümayəndəliyinə - Cərimə

09.10.2019 İqtisadiyyat
0 0
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Yeni Motor ” MMC barəsində inzibati protokol tərtib edib.

"Kommersant.az" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qərardan verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Cərimənin məbləği açıqlanmır.

Qeyd edək ki, "Yeni Motor” MMC "Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir./Report