USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - SİYAHI

12.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.

"Kommersant.az" xəbər verir ki, bu, "Report”un araşdırması nəticəsində məlum olub.

Həmin şirkətlər "A-Qrup Sığorta”, "Atəşgah Həyat Sığorta”, "Atəşgah Sığorta”, "Azərbaycan Sənaye Sığorta”, "Azsığorta”, "Naxçıvan Sığorta”, "PAŞA Həyat Sığorta”, "PAŞA Sığorta”, "Qala Sığorta", "Xalq Həyat Sığorta", "Xalq Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta”).

Xatırladaq ki, bunlardan "Naxçıvan Sığorta” həm də 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.

Qalan 10 sığorta şirkəti – "Amrah Sığorta”, "Ata Sığorta”, "AXA Mbask”, "Bakı Sığorta”, "Günay Sığorta”, "İpək Yolu Sığorta”, "Meqa Sığorta”, "Qala Həyat Sığorta", "Rəvan Sığorta” və "Standard Insurance” ASC-lər isə 2019-cu ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 9-u yarımili mənfəətlə, 1-i isə zərərlə başa vurub.

Sığorta şirkətləri Yarımillik mənfəət /
zərər (milyon manat)
1 Meqa Sığorta 2,283
2 Qala Həyat Sığorta 1,229
3 İpək Yolu Sığorta 1,143
4 Atasığorta 1,113
5 Rəvan Sığorta 0,445
6 Günay Sığorta 0,439
7 Standard Insurance 0,283
8 Amrah Sığorta 0,141
9 Bakı Sığorta 0,022
10 AXA Mbask - 0,177