USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın Türkiyəyə məhsul ixracatı azala bilər - RƏY

15.10.2019 İqtisadiyyat
0 0
"ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür".

"Kommersant.az" xəbər verir ki, bunu qitisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, son bir həftədə lirə 4 faiz dəyər itirib: "Belə ki, ötən həftə 1 dollar almaq üçün 5,7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5,9 lirəyədək geriləyib. Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən bibraşa xarici investisiyaların həcmində azalmalar ola bilər.

Ekspert əlavə edib ki, Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır: "Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq".