USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,4% artaraq 1 100,1 mln. manat təşkil edib.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,8%-i hüquqi şəxslərin, 58,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 455,5 mln. manat olub.