USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosunda artım

18.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 468 497,64 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 748,23 min dollar və ya 4,2% artıb.

"Kommersant.az"ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, cari ilk doqquz ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29 709,79 min dollar və ya 7,7% artıb, idxalın həcmi isə 10 961,56 min dollar və ya 17,1% azalıb.

Nəticədə hesabat dövründə 362 320,74 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 40 671,35 min dollar və ya 12,6% artıb.