USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maaşlar gələn il də artırılacaq - Nazirdən açıqlama

05.11.2019 İqtisadiyyat
1 0
"Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək".

"Kommersant.az" xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq.

"2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir", - deyə nazir bildirib. /"Modern"