USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövriyyəyə keyfiyyətsiz şprislər buraxılır? - Nazirlikdən münasibət

05.11.2019 İqtisadiyyat
0 0
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, quruma heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb.

Mərkəz vətəndaşlara tövsiyə edir ki, hər hansı problem yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər: "Hər bir şikayət dərhal araşdırılacaq". (Report.Az)