USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır

12.11.2019 İqtisadiyyat
0 0
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılacaq.

"Kommersant.az" xəbər verir ki, noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

İclasda Baş Nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılıb. /Modern